Musa Nağıyevin İsveçrə bankındakı 1 milyardının taleyi necə oldu? - Nəvəsi DANIŞDI

 21-05-2025

“Musa Nağıyevin İsveçrə bankında saxlanılan pulları ilə bağlı hazırda heç bir proses getmir”.

MillətinSəsi.İnfo xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Azərbaycanın tanınmış milyonçusu Musa Nağıyevin nəvəsi, tarixçi Dilarə Nağıyeva deyib.

O bildirib ki, vərəsəlik hüququ olmadığı üçün pulları ala bilməyib:

“Pullar oradadır, özü də çox böyük məbləğdir. Lakin vərəsəlik hüququm olmadığı üçün ala bilmirəm. Nəticə yoxdur, ona görə də bu məsələ belə qalıb".

Xatırladaq ki, 2023-cü ildə Dilarə Nağıyeva efirə çıxaraq bu məsələni ictimailəşdirmişdi.

Bənzər yazılar

0.0744309425354