Sumqayıtda qəzada ölən şəxs qazi imiş

 21-05-2025

Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub.

MillətinSəsi.İnfo Qafqazinfo-ya istinadən xəbər verir ki, “Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan “MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib.

R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu.

Qeyd edək ki, qəza zamanı daha iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bənzər yazılar

0.069652080535889