Ombudsman təyyarə qəzası nəticəsində xəsarət almış şəxsləri ziyarət edib

 29-12-2024

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilərək “Yeni Klinika”da müalicəsini davam etdirən şəxsləri ziyarət edib.

Bu barədə Ombudsmanın mətbuat xidmətindən bildirilib.

Başçəkmə zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və “Yeni Klinika”nın rəhbərliyi tərəfindən Müvəkkilə müalicə olunan şəxslərin vəziyyəti barədə ətraflı məlumat verilib.

Ombudsman qəza nəticəsində zərər çəkmiş şəxslər üçün yaradılmış şəraitlə tanış olub, onların hər biri ilə fərdi qaydada görüşüb, qayğıları və onları narahat edən məsələlərlə maraqlanıb.

Bənzər yazılar

0.05898904800415