Duman səbəbindən Bosfor boğazından hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Ölkə.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında bildirilib.
“Bosforda gəmilərin hərəkəti saat 03:45-dən etibarən hər iki istiqamətdə bağlanıb. İstanbulun şimal hissələrində güclü duman olub”, – məlumatda qeyd olunub.