Amerikalı milyarder İlon Mask Britaniyanın baş naziri Kir Starmeri qrup halında törədilən “kütləvi zorlamanın ortağı” adlandırıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb.
“Starmer Krallığın Prokurorluq Xidmətinin rəhbəri olduğu altı il ərzində Britaniya xalqının korrupsiyasında iştirak edib. Starmer Britaniya tarixindəki ən dəhşətli kütləvi cinayətdə iştirak etdiyinə görə mühakimə olunmalıdır", - Mask yazıb.
Bundan əvvəl Mask Britaniya kralı III Çarlzı parlamenti buraxmağa çağırmışdı. Xüsusilə, o, X sosial şəbəkə istifadəçisinin Benonwine ləqəbi ilə yazdığı yazıya müsbət cavab verib.