Estoniya Parlamenti (Riyqikoq) rəsmi vebsaytının rusdilli versiyasını dəstəkləməyi dayandırıb. Bu qərar sayta olan ziyarətlərin azlığı ilə izah edilib.
Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə ERR tele-radio şirkəti məlumat yayıb.
"Riyqikoq idarə heyətinin 2024-cü ilin noyabrında qəbul etdiyi qərara əsasən, rusdilli vebsayt versiyası 2025-ci ildən etibarən bağlanacaq. Bunun əsas səbəbi isə aşağı ziyarət sayıdır", – məlumatda qeyd olunub.
Qeyd edilir ki, rusdilli səhifənin bağlanması ilə bağlı qərar hələ 2024-cü ilin noyabrında qəbul edilib, lakin bu qərar 2025-ci ilin yanvar ayından qüvvəyə minib.
Hazırda Estoniya parlamentinin rəsmi vebsaytında istifadəçilər yalnız eston və ingilis dillərində materiallara baxa bilərlər.
Xatırladaq ki, 2024-cü ilin avqustunda Estoniyanın Ədliyyə Nazirliyi iqtisadi səbəblərdən qanunları rus dilinə tərcümə etməyəcəyini açıqlayıb.