Fransalıların 60%-dən çoxu prezident Emmanuel Makronun istefasını dəstəkləyib.
"Ölkə.az" xəbər verir ki, bunu “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri göstərir.
Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını dəstəkləyir. Nəşr qeyd edib ki, 2024-cü ilin sentyabrından bu rəqəm 7 faiz artıb. Respondentlərin 38%-i istefanın əleyhinə çıxıb, tədqiqat iştirakçılarının daha 1%-i cavab verməkdə çətinlik çəkib.
Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edir. Fransızların əksəriyyəti də Fransua Bayru-nun ilin sonuna qədər baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni baş nazir təyin etməli olacaq.
Sorğu yanvarın 2-3-də keçirilib və 1005 nəfər iştirak edib.
Elvin
Ölkə.az