Zelenski Kiyev hərbi administrasiyasının rəhbərliyinə azərbaycanlı təyin etdi

 01-01-2025

Ukrayna Prezidenti Volodimir Zelenskiy Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonu vəzifəsindən azad edərək onun yerinə Timur Tkaçenko (Teymur Firudinoviç Məmmədov) təyin edib.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, 35 yaşlı Tkaçenko 18 avqust 1989-cu ildə Kiyevdə doğulub. 2013-cü ildə Kiyev Taras Şevçenko Milli Universitetini “beynəlxalq iqtisadiyyat” ixtisası üzrə bitirib, 2019-cu ildə isə həmin universitetdə “hüquqşünaslıq” ixtisası üzrə diplom alıb.

Tkaçenko həmçinin Ukrpoçtanın İdarə Heyətinin üzvüdür, strateji sənaye sahələri üzrə keçmiş nazir müavini və Kiyev şəhərinin ərazi nəzarətini həyata keçirən departamentin sabiq direktorudur. 2024-cü ilin sentyabr ayından isə Ukraynanın İcma və Ərazi İnkişafı naziri Aleksey Kuleba ilə çalışıb.

Bənzər yazılar

0.062272071838379