Tailandın baş naziri Paetonqtarn Şinavatra sərvətini bəyan edb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, milyarder siyasətçi Thaksin Şinavatranın kiçik qızıdır.
Paetonqtarn sələfi Srettha Thavisin Konstitusiya Məhkəməsi tərəfindən etik pozuntulara görə vəzifədən kənarlaşdırıldıqdan sonra 2024-cü ilin avqustunda vəzifəyə gəlib.
Beləliklə,Paetonqtarn Şinavatra ailəsinin hakimiyyətə gələn üçüncü nümayəndəsi olub.
O, vəzifəyə gəldikdən sonra 2 milyon dollar dəyərində 200-dən çox dəbdəbəli çanta və 5 milyon dollar dəyərində azı 75 lüks saat kolleksiyası da daxil olmaqla, 400 milyon dollar dəyərində sərvəti olduğunu açıqlayıb.
Tayland, İngiltərə və Yaponiyada mülkləri olan baş nazirin digər varlıqları arasında 108 üzük, 205 cüt sırğa və 9 xüsusi hazırlanmış oyuncaq da var.
Qeyd edək ki, Taylandın ən zəngin ailələrindən biri olan Şinavatraların 2,1 milyard dollar sərvətinin olduğu təxmin edilir. Dünya Bankının məlumatına görə, Tayland son iki onillikdə yoxsulluğun azaldılmasında sürətli irəliləyiş əldə etsə də, hələ də Şərqi Asiya və Sakit okean regionunda “gəlir əsaslı bərabərsizliyin ən yüksək olduğu ölkədir.
Billurə Yunus