Aİ Suriyada islamçı strukturların yaradılmasını maliyyələşdirməyəcək - XİN rəhbəri

 04-01-2025

Avropa Suriyaya yardım göstərməyə hazırdır, lakin orada islamçı strukturların yaradılmasını maliyyələşdirməyəcək. "Ölkə.az" xıbır verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

O, Dəməşqə səfəri zamanı deyib ki, Avropa Suriyaya dəstək verəcək, lakin Avropa yeni islamçı strukturlara sponsorluq etməyəcək. 

"Bu, o deməkdir ki, dəstəyimiz yenidənqurma, təhlükəsizlik, qanunun aliliyi prinsiplərinə əməl olunması və əhalinin bütün qruplarının cəlb olunması məsələsi ilə sıx bağlıdır", - Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.

Berbok fransalı həmkarı ilə Suriyaya qəfil səfər edib. Onlar xüsusilə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şara ilə görüş keçiriblər. Alman mətbuatı diqqəti sonuncunun qonaqları qarşılayarkən alman nazirlə əl sıxmamasına yönəldib.

Berbok və Barrot prezident Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra Suriyaya səfər edən ilk Avropa xarici işlər nazirləri oldular.Almaniya kansleri Olaf Şoltz Berlinin Dəməşqin yeni hakimiyyətləri ilə "intensiv əlaqələr" saxladığını və digər müxalifət qrupları ilə danışıqlar apardığını söyləyib.

Elvin

Ölkə.az

Bənzər yazılar

0.063385009765625