İran prezidenti: "Xalqa heç bir cavabım yoxdur"

 01-01-2025

İran Prezidenti Məsud Pezeşkian ölkədəki yanacaq qaçaqmalçılığına toxunub.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

"Özümlə nə qədər çox mübarizə aparsam, bir o qədər də görürəm ki, bu cür resursların israfına görə xalq qarşısında cavabım yoxdur", - deyə M.Pezeşkian vurğulayıb.

M.Pezeşkian əlavə edib ki, bu qədər yanacaq qaçaqmalçılığı fonunda insanların enerji istehlakını idarə etmək üçün hökumətin qaz və elektrik enerjisini kəsməsini qəbul etməməsi təbiidir.

Bənzər yazılar

0.062366008758545