İlon Mask Cozef Baydeni dövlətə xəyanətdə ittiham edib

 02-01-2025

ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin administrasiyası ABŞ – Meksika sərhədindəki divar üçün materialları satmaq qərarı ilə faktiki olaraq dövlətə xəyanət edib.

Report.az  xəbər verir ki, bu barədə amerikalı biznesman İlon Mask sosial şəbəkə bildirib.

“Yüz faiz dövlətə xəyanətdir”, – o vurğulayıb.

Sahibkar bununla sosial şəbəkə istifadəçilərindən birinin Bayden dövründə ABŞ hakimiyyətinin miqrantlar üçün sərhədləri qəsdən açdığını düşündüyü paylaşımını qiymətləndirib.

Daha əvvəl CNN telekanalı məlumat vermişdi ki, ABŞ-nin Miqrasiya və Gömrük Xidməti son maliyyə ilində 271,4 min miqrantı ölkədən deportasiya edib.

 

Bənzər yazılar

0.066167116165161