Anar Əliyevdən yeni təyinat – PA-nın keçmiş əməkdaşına vəzifə verdi

 05-04-2025

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev özünə yeni köməkçi təyin edib.

Bakupost.az xəbər verir ki, bu posta Seyran Məmmədov gətirilib.

S.Məmmədov 1980-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirib.

2001-2004-cü illərdə “Space” MTRŞ-də ingilis dilində analitik-informasiya proqramının aparıcısı və redaktoru olub.

2004-2010-cu illərdə Prezident Administrasiyasında Prezidentin mətbuat xidmətinin əməkdaşı olub.

2010-2025-ci illərdə İqtisadiyyat Nazirliyi nəzdindəki Bakı Biznes Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Bənzər yazılar

0.059437990188599