Hərbi prokuror Xanlar Vəliyev təqaüdə göndərildi

 08-04-2025

Baş prokurorun müavini – Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb.

Yeniavaz.com xəbər verir ki, bu münasibətlə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.

Məlumat üçün bildirək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb.

Prokurorluğun fəxri işçisi və hüquq üzrə fəlsəfə doktoru olan Xanlar Vəliyev xidmətləri dövründə dövlətin ali rəhbərliyi tərəfindən, habelə Baş prokuror tərəfindən bir sıra mükafatlara layiq görülüb.

O, Prezidentin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” 2-ci və 1-ci dərəcəli ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib, həmçinin “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.

Bənzər yazılar

0.062557935714722