Yasamal rayonu Alatava yaşayış massivində qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun həbs müddəti uzadılıb.
“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi bu barədə qərar qəbul edib.
Məhkəmə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq prokurorun təqdimatını təmin edib.
Qərara əsasən, Q. Məmmədovun həbsdə saxlanma müddəti 2 ay uzadılıb.