“Azercell” abonentlərin balansından oğurluq edir?

 22-04-2025

“Azercell” abunəçilərinin şikayətləri artmaqda davam edir.

Daha bir müştəri “Azercell”in abonentlərin balansından oğurluqlar etdiyini bildirib.

MillətinSəsi.İnfo Tribunainfo.az-a istinadən xəbər verir ki, narazı və şikayətçi gənc Kənan İbrahim bu barədə Feysbuk sosial şəbəkəsində yazıb. O bildirib ki, “Azercell” artıq abonentlərin balansından səbəbsiz pul oğurluqları edir, adını da qoyur xidmət:

“Əvvəla bu “xidmət” heç kimə lazım deyil. İkincisi, siz də abonentlərin haqqına girirsiniz. Üçüncüsü isə lap tutalım, hər ay 2 AZN çıxmağa məcbursunuz (mən əminəm ki, bu belə deyil).

O zaman niyə abonentin xətti bağlı qalmalıdır? O 25 dəqiqəni niyə vermisən mənə, əgər mənim xəttimi bağlayıbsansa? Dəysin başına verdiyin dəqiqə də, göstərdiyin “xidmət” də”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Bənzər yazılar

0.077439069747925