Türk Hava Qurumu Universiteti Bakıya rəsmi səfərə gəldi

 23-04-2025

Türk Hava Qurumu Universitetinin rektoru cənab Rahmi Erin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya rəsmi səfər edib.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Təhsil Sərgisində iştirak edib və bir sıra mühüm rəsmi görüşlər keçiriblər.

Görüşlər zamanı Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru cənab Arif Paşayev, Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayev, Azərbaycan Texniki Universitetinin rektoru cənab Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı yeni səfiri cənab Birol Akgün və “Study in Turkey” şirkətinin rəhbəri Fuad Hacıyev ilə məhsuldar müzakirələr aparılıb.

Bu görüşlər çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilib və bir sıra razılaşmalar əldə olunub.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Respublikasının Perzidenti İlham Əliyevə Türk Hava Qurumu Universitetinin fəxri doktoru adı verilib.

Əlavə olaraq, Türk Hava Qurumu Universitetinin rektoru cənab Rahmi Er ilə “Study in Turkey” şirkətinin direktoru cənab Fuad Hacıyev arasında aparılan danışıqlar nəticəsində razılıq əldə edilib ki, universitetin Bakı ofisi fəaliyyətə başlasın və azərbaycanlı tələbələrin qəbul prosesi daha sürətli və səmərəli şəkildə həyata keçirilsin.

Türk Hava Qurumu Universitetində təhsil almaq istəyənlər 055 555 91 19, 051 505 91 19 nömrələri ilə əlaqə saxlaya bilərlər. 

Əlavə məlumat üçün: studyinturkey.ist 

Musavat.com

Bənzər yazılar

0.076220989227295