Qubada körpü qəzalı vəziyyətə düşdü − Kəndlərə gediş-gəliş çətinləşdi

 23-04-2025

Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib.

MillətinSəsi.İnfo “Report”a istinadən xəbər verir ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

Belə ki, sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çöküb və körpü uçmaq üzrədir.

Hazırda yol ötürücüsü bağlanıb.

Bənzər yazılar

0.061515092849731