Kriştiano Ronaldu Klublararası Dünya Çempionatında olmayacağını açıqlayıb.
Ölkə.Az offsideplus.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu təkliflər olmağına baxmayaraq bu turnirdə olmayacağını söyləyib:
“Praktiki olaraq qərar verilib, Klublararası Dünya Çempionatında olmayacağam.
Çoxlu dəvət və təkliflər almağıma baxmayaraq, bu turnirdə iştirak etməyəcəyəm.
Danışıqlar olub, təmaslar olub. Amma bütün yarışlarda iştirak edə bilməzsən, qısa, orta və uzunmüddətli perspektiv haqqında düşünməlisən. Ona görə də bütün ehtimallar baxmayaraq, qərar artıq verilib".
Qeyd edək ki, KDÇ iyunun 15-də start götürəcək.