Stefano Pioli “Əl Nəsr”dən getdi

 25-06-2025

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu baş məşqçisi Stefano Pioli ilə yollarını ayırıb.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında məlumat yayıb. 

Komandanın mətbuat xidməti italiyalı mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib.

Piolinin “Əl-Nəsr”dən ayrıldıqdan sonra “Fiorentina”ya rəhbərlik edəcəyi daha əvvəl bildirilib. Mütəxəssis hətta İtaliya klubu üçün ilk transfer hədəfini - bosniyalı hücumçu Edin Cekoya da qərar verib.

Xatırladaq ki, “Əl-Nəsr” Piolinin rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə üçüncü yeri tutub. İtalyan mütəxəssis komandaya 2024-cü ilin sentyabrında başçılıq edib.

Bənzər yazılar

0.066526889801025