Ötən ay 19 aptekdə yoxlama aparılıb: Nöqsanlar aşkarlanıb

 08-04-2025

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) mart ayı ərzində 19 aptekdə yoxlama aparıb.

Bu barədə MillətinSəsi.info-a mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, həmin müddət ərzində Bakı şəhəri üzrə səkkiz, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 17 aptekdə planlı, bir aptekdə plandankənar və bir aptekdə isə yoxlamadan kənar təftiş aparılıb.

Yoxlamalar zamanı yeddi aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Bənzər yazılar

0.067170143127441