Sabiq deputat Vaqif Musayevin qızı DNT testi üçün studiyaya gəlib.
O bildirib ki, 18 ildir üzünü görmədiyi anası üçün test etdirmək istəyir.
Həmin xanım qeyd edib ki, anası onu qoşulub qaçdığı üçün danışdırmayıb.
O da buna səbəb kimi düşünüb ki, həmin qadının bioloji övladı olmaya bilər.
Qeyd edək ki, Vaqif Musayev 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. O, 2019-cu ildə vəfat edib.
Daha ətraflı ARB TV-nin videomaterialında: