>

Qaradağ rayon icra hakimiyyəti Sahil qəsəbəsində bu tikintiyə necə icazə verib? - Video

 25-08-2025

Qaradağ rayonu Sahil qəsəbəsində zavodun ərazisində tikinti işləri aparılması barədə XALQ.online -a məlumat daxil olub.

Qeyd etmək lazımdır ki, bu tikintinin icazəsi Dövlət Şəhərsalma və Arxitektura quraşdırma bazasında heç bir məlumat yoxdur.

Dövlət komitəsinin rəsmi icazəsi olmadan tikinti işlərini Qaradağ rayon icra hakimiyyətinin “razılığı” idarə etdiyi iddia olunur.

Həmin ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi olmadan aparılan tikinti qanunsuz hesab olunur.

Qanunsuz tikinti ilə bağlı Qaradağ rayonu İcra Hakimiyyətindən və Bakı Şəhər Memarlıqdan Baş İdarədən heç bir cavab almaq mümkün olmayıb.

Qeyd edək ki, 2010-cu ildən Qaradağ rayon icra başçısının rəhbəri Süleyman Mikayılovdur.

XALQ.online tərəfindən tikintinin görüntülərini oxuculara təqdim edirik.


Bənzər yazılar

0.067426919937134