>

İsa Həbibbəylinin qızı Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi vəzifəsindən çıxarıldı

 25-08-2025

Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.

Ajans.az-ın əldə etdiyi məlumata əsasən,  Günay Mənsimova  Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi olub. 

Mövzunun əsl səbəbini  öyrənmək üçün   Ajans.az Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb. 

Sorğumuza verilən cavabda bildirilib ki,  Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitmişdir. Əlavə olaraq da, deyilib ki,  Günay Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmamışdır.

Xatırladaq ki,  Günay Mənsimova  akademik, AMEA-nın üzvü, əməkdar elm xadimi İsa Həbibbəylinin qızıdır. Onun iş fəaliyyətində zidd və qanundankənar əməllər haqqında bir neçə dəfə mətbuatda yazılar verilib.   

Deputatın digər 2 oğlu da yüksək vəzifədə çalışır.

Bənzər yazılar

0.070165872573853