>

Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu

 21-08-2025

Rusiya Federal Vergi Xidməti azərbaycanlı bloger Hüseyn Həsənova məxsus, fərdi inkişafla bağlı kurslar təşkil edən “Banda” MMC-ni ləğv edib.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə “Zvezdach” Teleqram kanalı öz mənbəsinə istinadla məlumat yayıb.

Kanalın məlumatına görə, şirkətin hüquqi ünvanı da, vəzifəli şəxslər barədə təqdim olunan məlumatlar da etibarsız olub.

“Hazırda Rusiya Federal Vergi Xidməti şirkəti ləğv etmək qərarı verib, hesablar isə artıq bloklanıb.

Bundan əlavə, Həsənovun kursları ilə bağlı ümumi məbləği 2 milyon 675 min rubl (təxminən 56,5 min manat) olan iki iddia qaldırılıb.

Məlum olub ki, bloger məhkəmələrdən az əvvəl təsisçilər siyahısından çıxıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Həsənov çirkli pulların yuyulması və leqallaşdırılması işi üzrə 14 mayda axtarışa verilib və qiyabi həbs olunub. Bu maddə üzrə blogeri yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Daha sonra məhkəmə qiyabi həbsi qanuni sayıb.

Rusiya mətbuatı yazır ki, istintaq başlanandan dərhal sonra Hüseyn Həsənov Moskvadakı mənzilini əldən çıxarıb.

Bənzər yazılar

0.070683002471924