Nizami rayonunda “Nirvana” “Şərifoğlu kabab” restoranları səkini zəbt ediblər

 07-04-2025

“Nirvana” və “Şərifoğlu kabab” restoranları səkinin əsas hissəsini zəbt ediblər.

Nizami rayonu Qara Qarayev prospekti 54, yerləşən ” Nirvana” və “Şərifoğlu kabab” restoranları piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib. Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.  Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir.

Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur. Sakinlər bildirir ki, binanın 1 mərtəbəsini  restoran etməkləri azmış kimi, səkini zəbt edərək özləri üçün ərazi düzəldib fəaliyyə göstərirlər. Gecə saatlarınadək müştərilər həyətdə otururlar. Bunula bağlı  aidiyyatı qurumlara müraciət etsəkdə heç bir tədbir görülmür.

Məsələ ilə bağlı  Nizami rayon İcra Hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

2022-ci ildən Nizami rayon icra hakimiyyətinin başçısı  Coşqun Cəbrayılovdur.

Mənbə xalq.az

Bənzər yazılar

0.063313007354736