Hazırda Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən Viktor Osimhenlə yolları ayırmaq niyyətində olan "Napoli" futbolçunun transfer dəyərini 10 milyon avro azaldıb.
MillətinSəsi.İnfo "SporX"ə istinadən xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" klubu nigeriyalı futbolçunun keçidindən imtina etdiyi üçün "Yuventus" təklif göndərib.
"Napoli" isə Viktor Osimhendən qurtulmaq üçün 65 milyon avroluq təklifi qəbul edəcəyini bildirib.
Qeyd edək ki, Viktor Osimhen özü isə "Çelsi"yə transfer olunmaq istəyir.