Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR

 20-03-2025

Ötən gün Bakıda biri azyaşlı uşaq olmaqla üç nəfərin evdə ilə bağlı bəzi detallar məlum olub.

Milletinsesi.info Xəzər TV-yə istinadən məlumat verir ki, dəhşətli hadisə zamanı ana, qızı və nəvəsi yanaraq ölüblər.

Faciəli hadisə ötən gün paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş verib. Yanğınsöndürənlərə məlumat daxil olub ki, evlərdən birində güclü yanğın baş verib.

Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürən avtomobillər cəlb edilib.

Qonşular bildiriblər ki, ev sahibi Sevil Səlimova iki qızı və iki nəvəsi ilə illərdir həmin evdə yaşayırmış.

Hadisə zamanı qızının biri işdə, yataq xəstəsi olan 45 yaşlı Nailə isə evdə olub. Faciə zamanı ölən 12 yaşlı Hüseyn işdə olan qızının övladıdır.

Yanğın nəticəsində ümumi sahəsi 80 kv/m² olan, birmərtəbəli 3 otaqlı ev tamamilə yanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Ətraflı süjetdə:

Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR

Bənzər yazılar

0.06177020072937