Bakıda qadın bıçaqla avtobusa mindi – Sərnişinlər təşvişə düşdü + VİDEO

 20-05-2025

Bakıda marşrut avtobusuna əlində bıçaqla daxil olan qadın digər sərnişinlərin təşviş keçirməsinə səbəb olub.

"MillətinSəsi.İnfo" xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

“Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələməyə başlayıb.Sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

Videodan qadının psixi sağlamlıq vəziyyətinin yerində olmadığını ehtimal etmək mümkündür:

Bənzər yazılar

0.067267894744873