Azərbaycana ən çox hansı ölkələrdən gəlirlər? – Siyahı

 20-05-2025

Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gələnlərin 24,2 faizi Rusiya, 18 faizi Türkiyə, 11 faizi Hindistan, 9 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı,  2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i İsrail, hər birindən 1,8 faizi olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan - 2 dəfə, Çindən - 1,7 dəfə, İordaniyadan - 45,6 faiz, Hindistandan - 32,9 faiz, Qırğızıstandan - 32,1 faiz, İspaniyadan - 28,8 faiz, Yaponiyadan - 26,7 faiz, Pakistandan - 22,5 faiz, ABŞ-dən - 20,2 faiz, Qazaxıstandan - 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 16,6 faiz, Kanadadan - 15,5 faiz, Niderlanddan - 10,7 faiz, İtaliya və Misirdən - 10 faiz artıb. 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8 faizi hava, 26,6 faizi quru, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Elnur Əli 

Bənzər yazılar

0.062901020050049