Azərbaycanda yaşı 90-dan çox olan 19 min 423 nəfər olub.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, yaşı 90-dan yuxarı olan insanlar ümumi əhalinin cəmi 0,2%-ni təşkil edib.
Qeyd edək ki, əhalinin ümumi sayına nisbətdə yaşı 90-dan çox olan insanlar ən çox Sədərək rayonunda yaşayır. Sədərək rayonunda əhalinin 2%-nin və ya 461 nəfərin yaşı 90-dan çox olub.
Yaşı 90-dan yuxarı insanların ən az olduğu rayon isə Qaradağ rayonu olub. Bu rayonda yaşayan 116 min 952 nəfərin cəmi 0,08%-i və ya 95-nin yaşı 90-dan çox olub.
Onu da bildirək ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda yaşı 100-dən yuxarı olan 1 600 nəfər olub.
1000 nəfər qadının, 600 nəfər kişinin yaşı 100-dən yuxarı olub.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlində ölkə əhalisinin sayı 10 milyon 224,6 min nəfər olub və onların 5 milyon 135,5 min nəfəri qadın, 5 milyon 89,4 min nəfəri isə kişi olub.
Azərbaycanın şəhər və rayonlarında əhalinin ümumi sayı, yaşı 90-dan çox olanların sayı və onların nisbəti aşağıdakı kimi olub: