Şirkət rəhbəri işçini bu halda cərimələyə BİLƏR

 20-05-2025

Əmək münasibətlərində işəgötürənlə işçi arasında mütəmadi olaraq mübahisələr yaşanır. Bəzi işəgötürənlər işçidən daha çox fayda görmək üçün müxtəlif üsullara əl atır. Bəzi işçilərsə özlərini çox da yormadan işi yola vermək istəyir.

Beləcə, rəhbərlə işçi arasında davamlı mübarizə başlayır. Bəzi hallarda isə bu mübarizə rəsmiyyətə qədər daşınır. İşəgötürən işçini müxtəlif yollarla cəzalandırır.

Bəs, işəgötürən işçini pul cəzası ilə cəzalandıra bilərmi?

Sual hüquqşünasi Fuad Qasımlı aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında deyib ki, verilən tapşırığı yerinə yetirmədikdə və ya iş yerində hər hansı digər səhlənkarlığa yol verildikdə işəgötürən işçini cərimələyə bilər:

“İşçinin əmək haqqısından cərimə tutulması üçün qanunvericiliyə əsasən işçi ilə işəgötürən arasında kollektiv müqavilə bağlanmalıdır. Bu müqavilədə işçilərin əmək haqqından cərimələrin tutulması qaydası göstərilməlidir. Məsələn, işçi işə gecikdikdə cərimə hansı formada tutulmalıdır, nə qədər faizlə tutulmalıdır və s. Bunlar hamısı əvvəlcədən bağlanmış müqavilədə öz əksini tapmalıdır”.

Bəs, işəgötürən işçini hansı halda pul cəzasına məhkum edə bilməz?

Müsahibimiz əlavə  edib ki, hər bir məsələ kollektiv müqavilədə öz əksini tapmalıdır:

“Əgər işçi müqaviləsiz işləyirsə və yaxud bağlanmış müqavilədə müəyyən bəndlər yoxdursa, o zaman işəgötürən işçini pul cəzasına məhkum edə bilməz. Bundan əlavə, cərimələr minimum əmək haqqının beşdə birindən çoxdursa, işçinin əmək haqqından cərimə tutula bilməz”.

Bənzər yazılar

0.068103075027466