"İndigo Körpələr Evi-Uşaq Bağçası"nın direktoru cərimələndi

 11-06-2025
"İndigo Körpələr Evi-Uşaq Bağçası" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) vergi yoxlaması aparılıb. 
 
Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılan yoxlama zamanı "İndigo Körpələr Evi-Uşaq Bağçası" MMC 1000 manat məbləğində cərimələnib. 
 
MMC-də aparılan operativ vergi nəzarəti üzrə - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, 1000 manat maliyyə sanksiyası tətbiq edilib.
 
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "İndigo Körpələr Evi-Uşaq Bağçası" direktoru Samirə Muxtar qızı Dünyamalıyevadır. O, "Bağçam" Uşaq Bağçaları Şəbəkəsinə də rəhbərlik edir. 

Bənzər yazılar

0.065916061401367