British Council Gənclərin İqlim sahəsində Təhsili, İncəsənət və Mədəniyyətlə bağlı Beynəlxalq Əməkdaşlığı genişləndirir

 28-11-2024

British Council BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) keçirilmiş fərqli tədbirlər və təqdim edilmiş təşəbbüslərin köməyi ilə iqlim böhranı ilə əlaqədar innovativ həll yollarının təşviq olunmasına istiqamətlənmiş müzakirələr və tədbirlərin keçirilməsinə vasitəçilik edərək təhsil, incəsənət və mədəniyyətin iqlim dəyişikliyi probleminin həll edilməsində oynadığı vacib rolu vurğulamışdır. 

 
     
     
 

Gənclərin imkanlarının iqlim dəyişikliyinə dayanıqlılıq istiqamətində artırılması

Biz YOUNGO ilə tərəfdaşlığımızın sayəsində gəncləri müzakirələr aparmaq və daha yaşıl cəmiyyətə keçid üçün zəruri bacarıqları müəyyən etmək üçün bir araya gətirən Gənclər Konfransının (COY19) gümüş sponsorları olmuşuq. Biz dialoqlara şərait yaratmaqla gənclərin iqlim dəyişikliyinə dayanıqlı gələcəyə təsir etməsi üçün platforma yaratmışıq. İştirakçılar eyni zamanda HIVE Tədqiqat Kampaniyasında iştirak etmiş, bununla yaşıl dəyişikliklərə töhfə verən bacarıqlarla bağlı tədqiqatların aparılmasında bilavasitə rol oynamışdır.           

COP29-un başlanğıcında Edinburq Universiteti və Şotlandiyanın "Learning for Sustainability" mərkəzi ilə əməkdaşlıqla iki həftəlik Learning for a Sustainable Future: Live @ COP29 (Dayanıqlı gələcək üçün təlim – COP29-da canlı kurs) onlayn kursuna start verildi. Kursda iqlim sahəsində ixtisaslaşan qlobal ekspertlər və gənclər fikirlərini real zamanda paylaşdı. Bu tədbirlə eyni zamanda gənclərə hədəflənmiş daha bir təşəbbüs reallaşdırıldı. Bu təşəbbüs 45 ölkədən olan 53 gənc məruzəçiyə COP29 çərçivəsində millətlərini təmsil etmək üçün bacarıq və imkanlar qazandırmış Gənc Məruzəçilər Akademiyası (YNA) tərəfindən həyata keçirilmiş, British Council-ın dəstəyi ilə keçirilən, bir ildir davam edən Climate Youth Negotiators (İqlim üzrə Gənc Məruzəçilər) Proqramının bir hissəsidir. 

Pakistan Hökuməti, British Council və tərəfdaşların birlikdə həyata keçirdiyi "Pakistan Youth Leadership Initiative" (Pakistanın gənc liderlərinin təşəbbüsü) proqramının nailiyyətləri Pakistan Pavilyonunda təqdim edildi. Bu proqram gənc liderlərin iqlimlə bağlı tədbirlərin görülməsinə cəlb edilməsi və dayanıqlı həll yollarının hazırlanması üçün siyasətçilərlə gənclər arasında dialoqun təşviq edilməsinə töhfə verib. Bu zaman gənclərin iştirakı ilə keçirilən "Gənclərin imkanlarının iqlim dəyişikliyinə dayanıqlılıq istiqamətində artırılması” mövzulu layihələr gənclərin dayanıqlı inkişaf səylərinə liderlik etməsinə şərait yaratmaqla bağlı təhsilin oynadığı vacib yolu vurğulamışdır. Marjinal icmalardan olan iştirakçılar qida təhlükəsizliyi və iqlim dəyişikliyinə dayanıqlılığı artırmaq üçün strategiyaları təqdim etmişdir.

İstixana qazı tullantılarının sıfır həddində olmasına keçid çox ciddi məsələdir və hər kəsin səy göstərməsi və əməkdaşlıq etməsini tələb edir. Şotlandiyada universitetlər iqlim problemlərini həll etmək üçün yerli ekspertlər, sənayelər və hökumətlə tərəfdaşlıq edərək bu səylərin ön sıralarında yer alır. Scotland Beyond Net Zero koalisiyası tədqiqatlar çərçivəsində əməkdaşlığı genişləndirir və iqlim hədəflərinə çatmaq üçün siyasətlərin hazırlanmasına töhfə verir. COP29 çərçivəsində Dr. Nandan Mukerci, Prof. Luka Taskini və Prof. Piter Hiqqins iqlim dəyişikliyi ilə mübarizəyə istiqamətlənmiş maliyyələşdirmə və dayanıqlılıq təhsili kimi vacib mövzuları vurğulamış, "Learning for Sustainability" (Dayanıqlılıq naminə təlim) kursu və "Edinburgh Climate Simulation" (Edinburq İqlim Simulyasiyası) proqramı kimi təşəbbüsləri müzakirə etmişdir. 

"Biz COP29 çərçivəsində təhsil, incəsənət və mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizə aparılmasında oynadığı rolun müdafiəsinə çıxmaq, öyrəndiklərimizi və qlobal qabaqcıl təcrübəni paylaşmaq üçün strateji tərəfdaşlarımız və gənclərlə əməkdaşlıq etmişik" deyə British Council-ın İqlim üzrə rəhbəri Monomita Naq-Çudhuri bildirib.

Iqlim dəyişikliyinə mədəni-maarifləndirmə tədbirləri ilə reaksiyalar

Ekseter Universitetinin reallaşdırdığı, British Council, GREAT fondu vasitəsilə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və başqa tərəflərin dəstəklədiyi innovativ, universal və mükafatlara layiq görülmüş We Are the Possible proqramı əməkdaşlıq prosesində elm adamları, səhiyyə ekspertləri, pedaqoqlar, gənc liderlər, tərcüməçilər və incəsənət xadimlərini bir araya gətirib. COP29 zamanı proqram aşağıdakı tədbirləri əhatə etməklə Azərbaycanda incəsənət, mədəniyyət və irsi əlaqələndirib:

  • The Land of Fire: 12 Stories for 12 Days of COP29 (Odlar Yurdu: COP29-un davam etdiyi 12 gün üçün 12 hekayə) – iqlim problemlərinin nəzərdən keçirildiyi və tədbirlərin görülməsinə ilham verən qısa hekayələr.
  • Bright Light Burning  (Parlaq işıqların sayrışması) – Xəzər Universiteti və Dünya Məktəbindən olan tələbələrlə əməkdaşlıqla "Theatre of Others" tərəfindən iqlimlə bağlı tədbirlərin görülməsinin zəruriliyini və bu hərəkatda incəsənət və mədəniyyətin rolunu çatdırmaq üçün hazırlanmış dayanıqlı teatr tamaşası.
  • Schools Across the Ocean (Okeanın fərqli tərəflərində olan məktəblər) – Birləşmiş Krallıq, BƏƏ, Azərbaycan və başqa ölkələrdən olan 9-12 yaşlı uşaqlar və onların müəllimlərini bir araya gətirən, incəsənət, film və yazı sənətinin köməyi ilə iqlim və okean haqqında savadlılığı təşviq edən təhsil proqramı. Tələbələr öz icmalarının maraqlarını müdafiə edərək elm adamları ilə müzakirələrdə iştirak ediblər. 

Dünyanın fərqli yerlərindən olan tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra panel müzakirələri (Mədəniyyətin köməyi ilə iqlim dəyişikliyi ilə mübarizə; COP iqlimlə bağlı yaradıcı tədbirlərin görülməsinin katalizatoru kimiİqlim dəyişikliyinə mədəni-maarifləndirmə tədbirləri ilə reaksiyalar - adaptasiya, dayanıqlılıq və gənclərin rolunun artırılmasının dəstəklənməsi) keçirilmiş, təhsil və mədəniyyətin iqlim savadlılığı və bacarıqlarını necə təkmilləşdirməsi, risk altında olan irsləri qorumağa kömək etməsi və bütün dünyada gənclər, yaradıcı insanlar və icmalara iqlimlə bağlı fövqəladə vəziyyətlə mübarizə aparmaq üçün ümid və stimul verməsi ilə bağlı tədqiqat və praktiki biliklər təqdim edilmişdir. Sessiyalar COP-un mədəniyyət sektorunun iqlim və ətraf-mühit problemləri ilə məşğul olması üçün yaradıcı katalizator kimi rolunu vurğulamışdır. 

COP29-dan sonra gələcəyə baxış

British Council iqlim dəyişikliyi ilə mübarizə tədbirləri və dayanıqlı inkişaf haqqında dərin müzakirələrə təkan verməklə yanaşı, COP29-dan sonra da cari iqlim təşəbbüslərini inkişaf etdirməyə çalışır. 2024-2026-cı illər üçün iqlim dəyişikliyi strategiyasının əsas məqsədi iqlim və dayanıqlı inkişaf haqqında təhsilin gücləndirilməsi, gənclər və gələcəyin liderlərinin dəstəklənməsi və iqlim dəyişikliyi ilə bağlı incəsənət və mədəniyyət tədbirlərinin təşviq edilməsidir. Strategiyada iqlim dəyişikliyinin risk altında qoyduğu mədəni irsin qorunması, fərqli təşəbbüslərin köməyi ilə məlumatlılığın artırılması və sektorlar üzrə dayanıqlı təcrübələrin təşviq edilməsi vurğulanır.

"Yer üzündə, cəmiyyətdə, eləcə də insanlarla təbiət arasında harmoniya və həmrəylik hökm sürməlidir, əks halda bəşəriyyət öz-özünü məhv edəcək." XII əsrin Azərbaycan şairi və filosofu Nizami Gəncəvi ("We Are the Possible – The Land of Fire: 12 Stories for 12 Days of COP29" antologiyasının ön sözü).

Bənzər yazılar

0.057361125946045