"Şagirdlərin ünvana rahat çatması üçün "Məktəbli avtobusu" layihəsinin həyata keçirilməsi planlaşdırılır".
MillətinSəsi.İnfo xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xəzər TV-yə müsahibəsi zamanı deyib.
Emin Əmrullayevin sözlərinə görə, paytaxtdakı məktəbli avtobusu layihəsində məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır:
"Bağçadakı təhsil səviyyəsində dəyişikliklər olacaq. 3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bağçaya cəlb olunacaqlar. Eyni zamanda bağçalarda çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaqlar. Çünki bu mərhələ təhsilin əsas pilləsidir".