Dübəndidə məktəb problemi yaşanır - VİDEO

 29-03-2025

Xəzər rayonunun bu yaşayış massivində məktəb problemi yaşanır

Xəzər rayonunun minlərlə sakini olan Dübəndi yaşayış massivində məktəb problemi yaşanır.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə “xezerxeber”-ə sakinlər şikayət ediblər.

Sakinlərin sözlərinə görə, yaşadıqları ərazinin ətrafında 2 məktəb var, lakin biri 8 kilometr, digəri isə 4 kilometr uzaqdadır.

Sakinlər uşaqlarını məktəbə aparıb-gətirən zaman ciddi çətinlik çəkdiklərini bildiriblər.

Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, sakinlərin müraciəti ilə əlaqədar qeyd olunan əraziyə baxış keçiriləcək. Ehtiyaclar bir daha müəyyənləşdirildikdən sonra məsələyə aydınlıq gətiriləcək.

Ətraflı videosujetdə:

Bənzər yazılar

0.060546875