Azərbaycanda rektor vəzifəsindən azad edildi

 27-11-2024

Prezident İlham Əliyev Azad Sevindik oğlu Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Azad Sevindik oğlu Novruzov 1965-ci il 01 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olub.

1982-1989 cu illərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-Riyaziyyat fakultəsində təhsil alıb.

1983-1985-ci illərdə hərbi xidmətdə olub.

1989-cu ildən etibarən ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildən 2018 –ci ilədək Naxçıvan Dövlət Universitetinin Riyaziyyat kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

2004-2018-ci illərdə Naxcıvan Müəllimlər İnstitutunun Pedaqoji fakultəsinin dekanı vəzifəsində çalışmışdır.

2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ali pedaqoji məktəblərin “Riyazi analiz” kursu ilə orta məktəbin “Cəbr və analizinin başlanğıcı” kursu arasında qarşılıqlı əlaqənin  elmi-metodiki əsasları” mövzusunda-13.00.02   fəlsəfə doktorluq dissertasiyası  müdafiə etmişdir.

2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasitasiya Komissiyasından  riyaziyyat və informatika kafedrası üzrə dosentlik elmi adı almışdır.

2015-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdür.

56 elmi məqalə, tezis,proqram və metodik vəsaitin müəllifidir.

Bənzər yazılar

0.058902978897095