Tələbələr ADPU-nun Sahil korpusunda nədən narazıdırlar?

 30-10-2024

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Sahil korpusunun tələbləri təhsil ocağının şəraitsizliyindən şikayətçidirlər.

Bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Tələbələr universitetdə işıqların yanmaması, bəzi otaqlardan suyun damması və sanitar qovşaqların bərbad vəziyyətdə olduğunu iddia ediblər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) sorğu ünvanladıq.

Universitetin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əsas tədris binasının sanitar qovşağında çəkildiyi bildirilən videogörüntü yeni deyil və çəkilmiş kadrlar cari dövrü əks etdirmir.

Bənzər yazılar

0.061864137649536