Hər ay tələbələrə verilən təqaüddən müəyyən məbləğ tutulur.
Tələbələr deyirlər ki, bu məbləğin niyə tutulduğunu və hara xərcləndiyini bilmirlər. Bəzi tələbələr isə iddia edirlər ki, onların təqaüdündən kəsilən pul Tələbə Həmkarlar İttifaqının balansına köçürülür.
Bir aydır yeni tədris ili başlasa da, Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri təqaüdlərini almayıblar. Redaksiyamıza müraciət edən tələbələr iyul, avqust, sentyabr, həmçinin oktyabr ayının da tələbə təqaüdünün verilmədini bildiriblər. Ümumiyyətlə Azərbaycan universitetlərində tələbə təqaüdlərinin gecikdirilməsi halı vaxtaşırı baş verir.
Azərbaycan Dillər Univeristeti (ADU) həmin təhsil müəssisəsində oxuyan tələbələrin təqaüdlərinin gecikməsinə aydınlıq gətirib.
Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Bizim.Media-ya açıqlamasında bildirib ki, yaxın günlərdə tələbələrin təqaüdləri ödəniləcək:
“Gecikməyə səbəb yeni tədris ilinin yeni başlaması idi, yaxın günlər ərzində təqaüdlərin hamısı veriləcək”.
Həqiqətən də, Tələbə Həmkarlar İttifaqı tələbələrin könüllü icazələri olmadan onların təqaüdündən müəyyən məbləğ tuta bilərmi?
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Cəmilə Qurbanova açıqlamasında qeyd edib ki, tələbələr tərəfindən razılıq ərizəsi olmadan onların vəsaitindən hər hansısa bir məbləğ tutulmur.
Təhsil eksperti Kamran Əsədov da məsələ ilə bağlı fikirlərini bölüşüb:
"Tələbələrə verilən təqaüdlər vergi və digər ödənişlərdən azad olduğu üçün təhsil ocaqlarının mühasibatlığı da bu vəsaitdən hər hansısa bir məbləğ tuta bilməz".
Daha ətraflı Xəzər TV-nin süjetində: