İtaliyada azı 400 uçuş LƏĞV EDİLİB

 17-07-2022

İtaliyada aviasiya personalının tətili səbəbindən ən azı 400 yerli və beynəlxalq reys ləğv edilib.

Məlumata görə, ölkədə “Ryanair”, “Volotea”, “easyJet” və “Malta Air” şirkətlərinin əməkdaşları tətilə qoşulublar.

Həmçinin, İtaliyanın “Ita Airways” aviaşirkəti bazar günü 122 reysin ləğv edildiyini açıqlayıb.

Bununla yanaşı, həmkarlar ittifaqlarının bəyanatına əsasən, İtaliya Milli Mülki Aviasiya Xidmətinin (ENAV) hava hərəkəti dispetçerləri də fəaliyyətini dayandırıb.

Mənbə: 1prime.ru

Bənzər yazılar

1.0050258636475