Fransada isti hava şəraitinə görə “NARINCI” XƏBƏRDARLIQ EDİB

 17-07-2022

Fransanın 38 departamentində kəskin isti hava şəraiti ilə əlaqədar “narıncı” təhlükə səviyyəsi elan edilib.

Bu barədə Fransanın “Meteo France” milli meteorologiya xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, anomal istilər hələ ardıcıl bir neçə gün ərzində davam edəcək.

Sabah üçün Fransanın cənub-şərqinin bəzi rayonlarında temperaturun 40 dərəcəyə çatacağı gözlənilir.

Mənbə: İnterfax

Bənzər yazılar

0.81292796134949