Rusiya paytaxtı Moskva şəhərinin mərkəzində, mənzildə 6 il əvvəl ölən kişinin meyiti tapılıb.
Bu barədə Moskva şəhərinin hüquq-mühafizə orqanları məlumat yayıb.
Cəsəd divanda uzanmış vəziyyətdə olub. İlkin məlumatlara görə, bu adamın ölümü 6 il əvvəl öz mənzilində baş verib.
Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Təqaüdçünün kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Mənbə: Mskagency.ru