Bayden impiçment təhlükəsi ilə ÜZLƏŞƏ BİLƏR

 17-07-2022

Birləşmiş Ştatlar Prezidenti Co Bayden Demokratlar Partiyasının payız seçkilərində Senat və Nümayəndələr Palatasına nəzarəti itirəcəyi təqdirdə impiçmentlə üzləşə bilər.

Artıq bəzi respublikaçı partiya üzvləri bu istiqamətdə hərəkət edəcəyini açıq şəkildə bəyan edib.

İmpiçment Nümayəndələr Palatasında sadə səs çoxluğu ilə qəbul edilə bilər, lakin Prezident yalnız Senatda üçdə iki səs çoxluğu ilə vəzifədən kənarlaşdırıla bilər.

Bundan əvvəl keçmiş prezident Donald Trampa iki dəfə - 2020 və 2021-ci illərdə impiçment elan edilib və hər iki dəfə Senat ona bəraət qazandırıb.

Mənbə: Newsweek

Bənzər yazılar

0.26244211196899