Xocalıda daha bir kütləvi məzarlıq aşkarlandı

 01-05-2025

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb.

MillətinSəsi.İnfo “Trend”ə istinadla xəbər verir ki, kütləvi məzarlıq qazıntı işləri aparılarkən aşkar edilib.

Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqlarının olduğu ehtimal edilir.

Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar.

Aşkar edilən insan sümüklərində zorakılıq əlamətləri açıq-aydın müşahidə edilir.









Bənzər yazılar

0.065630912780762