Ağstafada 9 nəfər dönərdən ZƏHƏRLƏNDİ

 13-03-2025

Ağstafada 9 nəfər dönərdən zəhərlənib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 17:15-dən 21:40-a qədər 9 nəfər (2-si kişi, 7-si qadın cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunublar.

Onlara zəruri tibbi yardım göstərilib, 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 6 nəfərin isə müalicəsi davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Bənzər yazılar

0.12010097503662