Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq sərəncamlarla bir sıra dövlət qurumlarında çalışan şəxslərin vəzifə maaşları artıırılıb.
Həmin qurumların siyahısını təqdim edirik:
- Prezidentin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb;
- Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb;
- Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb;
- Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları 10% artırılıb;
- Daxili İşlər Nazirliyinin (DİN) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb;
- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb;
- Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb;
- Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları 10% artırılıb;
- DSX-nin hərbi qulluqçularının maaşları 10% artırılıb;
- FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının maaşları 10% artırılıb.
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. - Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.