Yayılan məlumata görə, 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunan Xalq şairi Ramiz Rövşənə daha bir mənzil hədiyyə edilib.
İddia olunur ki, Bakının mərkəzində yeni tikilən binalardan birində dördotaqlı mənzil Xalq şairinə hədiyyə olunub.
Xalq şairi Ramiz Rövşən Oxu.Az-a açıqlamasında məlumatı təkzib edib.
O bildirib ki, kimlərsə şayiə yayırlar:
"2020-ci ildə "Xalq şairi" adını alanda mənə mənzil hədiyyə edilib. İndi yayılan məlumat isə yalandır".