MSK sədri Məzahir Pənahov: “Seçkilərin şəffaf keçirilməsi baxımından ideala yaxın səviyyədəyik”

 28-01-2025

“Seçkilərin demokratik və şəffaf keçirilməsi baxımından ideal olmasa da, ideala yaxın səviyyədəyik”.

“Qafqazinfo.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

“Hansısa ciddi xoşagəlməz halların baş verməməsi üçün səlahiyyətli qurumların böyük rolu var. Seçkinin keçirilməsinə məsul olan tərəflər ancaq Məcəllənin tələbinə uyğun olaraq öz fəaliyyətini qurmalıdır. Ona görə də o qurumların fəaliyyətində maarifləndirilmənin nə qədər ciddi rol oynadığını görürük”.

MSK sədri bildirib ki, dünyada ilk olaraq 2008-ci ildə Prezidentin təşəbüsü ilə məntəqələrdə veb-kamera praktikası tətbiq olunmağa başlayıb: “Biz bundan sonra veb-kameraların quraşdırılması işinə başladıq. Məntəqələrdə səsvermə günü bütün prosesi onlayn rejimdə hemin veb-kameralar vasitəsilə dünyanın istənilən nöqtəsindən MSK-nın saytından müşahidə etmək mümkün olur. Veb-kameralar vasitəsilə bizim 1000 seçki məntəqəmizə baxmaq mümkündür. Biz çalışırıq ki, Azərbaycanda keçirilən seçkilər şəffaflıq baxımından dünyaya nümunə olsun”, -deyə MSK sədri bildirib.

Bənzər yazılar

0.058910131454468