Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda olacaq

 29-01-2025

Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilib.

MillətinSəsi.İnfo xəbər verir ki, iclasda üç ölkənin xarici işlər nazirləri ilə bərabər, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada təşkil edilən Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransında deyib ki, Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq.

O bildirib ki, Asiya və Avropa qitələri arasında ən etibarlı, ən sürətli və iqtisadi marşrut Mərkəzi Asiya-Xəzər Dənizi-Cənubi Qafqaz və Türkiyə xəttidir, bununla belə, regionda enerji böhranı, qeyri-qanuni miqrasiya, terror və radikallıq kimi problemlər var.

"Belə bir geosiyasi mühitdə türk dünyası içərisində həmrəyliyə ehtiyac var. Türk Dövləti Təşkilatı bu yöndə əhəmiyyətini getdikcə artırır. Keçən il əvvəl Şuşada, sonra Bişkekdə (Qırğızıstanın paytaxtı) həyata keçirilən sammitlərdə mühüm qərarlar aldıq. Bu il də iki mühüm sammitimiz var. Qeyri-rəsmi zirvə - Macarıstanda, 12-ci rəsmi zirvə görüşü isə qardaş Azərbaycanda həyata keçiriləcək", - deyə o bildirib.

İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxil edilib.

Görüş zamanı Orta Dəhlizin önəminin artmasına diqqət çəkiləcəyi, Suriya və Qəzzada baş verənlər, həmçinin, Rusiya-Ukrayna müharibəsinin müzakirə edilib.

 

Bənzər yazılar

0.058584928512573