Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanmış Ankara Bəyannaməsi nələri ehtiva edir?

 29-01-2025

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanmış Ankara Bəyannaməsinin əsas müddəalarını açıqlayıb.

MillətinSəsi.İnfo Azərbaycan XİN-in məlumatına əsasən Ankara Bəyannaməsinin ehtiva etdiyi məqamları təqdim edir.

"Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətədavamlılığının artırılmasının vacibliyi qeyd olunub.

Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.

Ankara Bəyannaməsi, eyni zamanda Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rolu təqdir edib.

Mərkəzi Asiyanın təhlükəsizliyində vacib rol oynayan Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqenin formalaşdırılmasının, Qəzza bölgəsində əldə olunmuş atəşkəsin qorunub-saxlanılmasının və İsrail-Fələstin münaqişəsinin "iki dövlət prinsipi" əsasında həllini tapmasının vacibliyi qeyd olunub", - deyə məlumatda bildirilir.

Bənzər yazılar

0.058266878128052